Şimali Makedoniyanın "Vardar" klubunun futbolçusu Boyan Naydenov karyerasını Azərbaycanda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki,  "vecer.mk" saytı 30 yaşlı yarımmüdafiəçi "Səbail"in maraq dairəsinə düşdüyünü yazıb.

Qeyd edək ki, Boyan Naydenov daha əvvəl ölkəsinin "Horizont", "Miravçi", "Rabotniçki", Misirin "Smuha", İranın "İstiqlal" və Albaniyanın "Laçi" klublarında çıxış edib.