İndi Braziliyada hamı ondan danışır.

Etdiyi hərəkətə baxıb gülənlər də var, hiyləgərliyinə görə alqışlayanlar, eləcə də "topa tutanlar". 

Offsideplus.az xəbər verir ki, maraqlı hadisə Braziliya çempionatının "Fortaleza" - "Qremio" qarşılaşmasında qeydə alınıb. Belə ki, meydan sahiblərinin əks-hücumu zamanı Karlinyos auta çıxmaqda olan topu çətinliklə də olsa meydanda saxlamağı bacarıb. Top meydanda qalsa da, özü xətdən kənara çıxaraq rəqib baş məşqçi Renato Qauşuya tərəf gedib. Bu an "Qremio"nun çalışdırıcısı hiyləgərlik edib. Qauşu sanki Karlinyosu yıxılmaqdan qoruyurmuş kimi onu iki əllə tutub saxlayıb. Futbolçu 2-3 saniyə Renatonun əlindən qurtulmağa çalışsa da, buna nail olmayıb. Nəticədə hakim görüşü saxlayaraq baş məşqçiyə sarı vərəqə göstərib.

Qeyd edək ki, oyun qolsuz bərabərliklə sonuclanıb.

Həmin görüntünün fotosunu təqdim edirik.2968333 60922588 2560 1440