Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yeni qiymətləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Transfermarkt" portalı araşdırma aparıb.
Son ölkə çempionu "Qarabağ" Premyer Liqanın ən dəyərli komandasıdır. Çempionatın ilk yarısı başa çatandan sonra Ağdam təmsilçisinin futbolçularının ümumi qiyməti 4.5 faiz artaraq 12,35 milyon avro olub. Artıma səbəb komandanın Avropa Liqasının qrup mərhələsinə kimi yüksəlməsidir.
"Qarabağ"da Filip Ozobiç, Kevin Medina və Ovusu Kvabenanın bazar dəyəri 200 min avro artıb. Ozobiçin hazırkı transfer qiyməti 1 milyon, digər iki oyunçunun isə 500 min avro olaraq qiymətləndirilir.
Ölkə çempionunun başqa legioneri və Premyer Liqada çıxış edən ən dəyərli futbolçu Abdullah Zubirin (1,2 milyon avro) dəyəri isə 100 min avro düşüb.
8 qolla çempionatın bombardiri, "Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərovun qiyməti 150 min avro qalxaraq 500 min avroya çatıb. Paytaxt təmsilçisinin qvineyalı legioneri Mamadu Kanenin də dəyəri Ələgərov qədər artıb və 600 min avrodur.
Transfer qiymətlərində dəyişiklik olan digər futbolçular "Zirə"dən Riçard Almeyda, "Neftçi"dən Səlahət Ağayev, "Qarabağ"dan Emil Balaeyv, "Sabah"dan isə Ramil Şeydayevdir. Bu mövsüm "Zirə"yə keçən Almeydanın transfer qiyməti 550 min avro aşağı düşərək 750 min avro olub. Şeydayevin də dəyəri 100 min avro aşağı düşüb və 450 min avro olaraq qiymətləndirilib.
"Neftçi"də heç bir matça çıxa bilməyən Ağayevin qiyməti 700 mindən, 500 min avroya enib. Digər qapıçı Emil Balayevin də dəyəri həmkarı qədər aşağı düşüb və onun qiyməti 600 min avrodur.
Azərbaycan Premyer Liqasının ən bahalı yerli futbolçuları isə bunlardır: "Qara Qarayev, Mahir Emreli, Bədavi Hüseynov (hamısı "Qarabağ", hər üçü 1 milyon avro), Emin Mahmudov ("Neftçi", 900 min avro), Anton Krivotsyuk ("Neftçi", 800 min avro), Maksim Medvedev ("Qarabağ", 750 min avro)
Azərbaycan Premyer Liqasının ümumi dəyəri artaraq 55,73 milyon avro olub. (report)