Azərbaycan Premyer Liqası sabah baş tutacaq 12-ci turun oyunları ilə bərpa olunacaq.

Oyunlar dekabrın 5-6-da keçirilməli olsa da, komandalarda koronavirusa kütləvi yoluxma Peşəkar Futbol Liqasını turu təxirə salmağa məcbur etmişdi.

Offsideplus.az xəbər verir ki, hazırkı vəziyyət kifayət qədər yaxşıdır. "Yaşat turu"na 1 gün qalmış klubların mətbuat katibləri ilə əlaqə saxlayıb, futbolçuların son durumuna aydınlıq gətirdik. "Səbail"lə "Sumqayıt"da cavablar bilinmədiyindən, gözləmək məcburiyyətindəyik.

Qarabağ - Şahruddin Məhəmmədəliyev, Xayme Romero, Zamiq Əliyev.

Zirə - Aktiv xəstə yoxdur.

Neftçi - Rener Alves, Stiven Jozef-Monroz, Bruno Teluşi.

Sumqayıt - Aktiv xəstə yoxdur. 

Keşlə - Aktiv xəstə yoxdur (baş məşqçi Yunis Hüseynov müalicə alır).

Qəbələ - Aktiv xəstə yoxdur.

Sabah - Ulisse Diallo.

Səbail - Aktiv xəstə yoxdur (baş məşqçi Aftandil Hacıyevin testi pozitiv çıxıb)