"Azərbaycan milli komandası həmişə yaxşı oynayıb.
Bunu xatırlayıram. Onların yığma komandası yaxşı səviyyədədir. Azərbaycan çempionatı da pis deyil. Oyun maraqlı olacaq".
Offsideplus.az xəbər verri ki, bunu futbol üzrə Qazaxıstan milli komandasının veteran futbolçusu Ruslan Qumar "Sports.kz" saytına açıqlamasında söyləyib.
O, yığmanın yeni baş məşqçisi Stanimir Stoylovun təyinatını yüksək qiymətləndirib:
"Stoylovun iki yoxlama oyunundakı nəticələri yaxşıdır. Düşünürəm ki, Qazaxıstan növbəti matçda da qələbə qazanacaq və yaxşı oyun sərgiləyəcək. Azərbaycan layiqli rəqibdir. Belə matçlarda bəzi futbolçuları sınaqdan keçirmək olur. Güclü rəqiblərlə oyunda isə bunu etmək mümkün deyil".
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 4-də Astana şəhərində Qazaxıstan yığması ilə yoxlama oyunu keçirəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.