"Hər iki komadanın xal itirdiyini düşünürəm.
Özümüzün adında deyərdim ki, iki xal itirdik".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın yarımmüdafiəçisi Cavid İmamverdiyev Topaz Premyer Liqasının 22-ci turunda səfərdə "Neftçi"yə qarşı keçirdikləri matçdan (2:2) sonra deyib.
Milli komandamızın üzvü gözəl oyun nümayiş etdirdiklərini dilə gətirib: "Məncə, biz "Neftçi"dən yaxşı oynadıq. Gözəl oyun nümayiş etdirdik. Əzmkarlıq və oyun baxımından üstün tərəf olsaq da, bəxtimiz gətirmədi".
İmamverdiyev vurdğu qola sevinməməsinin səbəbini bu cür izah edib: ""Neftçi" sevimli komadamdır. Yəqin ki, bu komandadan ayrılan istənilən futbolçu mənim yerimdə olsaydı, bu cür addım atardı. Mən futbolun sirrlərinə "Neftçi"də yiyələnmişəm".
27 yaşlı futbolçu kubokun yarımfinalında "Keşlə" ilə keçirəcəkləri oyunlara toxunub: "Kubok matçlarına da çempionata hazırlaşdığımız kimi yanaşırıq. Ayrı-seçkilik etmirik. Hər iki cəhbədə sona kimi mübarizə aparmaq istəyirik. 3-cü pillədə qərarlaşmışıq və bunu qorumaq istəyirik".
Matç başa çatdıqdan sonra Samir Abasov "Sumqayıt" futbolçularını "Neftçi" azarkeşləri tərəfə apararaq onları alqışladı. Buna münasibət bildirən futbolçu belə danışıb: "Bu, olmalı idi. "Neftçi" azarkeşlərini yaxşı tanıyıram. Onlar azərbaycanlı futbolçunu heç vaxt geri çevirməz. Onları tanıyaraq yanlarına getdim və bilirdim ki, alqışlarını qazanacağıq. Samir müəllim dedi ki, komandanı azarkeşlər tərəfə apar. Fanatlar da bizi müsbət qarşıladı.Həmişə demişəm ki, Azərbaycanda bir nömrəli azarkeşlər "Neftçi"nindir".
Matça kapitan kimi çıxan İmamverdiye fikirlərini bildirib: "Oyuna kapitan kimi çıxacağımı gözləmirdim. Samir müəllimin tapşırığı ilə belə oldu".