Topaz Premyer Liqasının XXII turu “Qarabağ” üçün əlamətdar olub.
Offsideplus.az saytı məlumat verir ki, Ağdam təmsilçisi ölkə çempionatlarında 1100-cü qolu vurub.
Son illərin dəyişməz çempionu “Səbail”lə hazırda davam edən görüşə qədər 1099 dəfə fərqlənmişdi. 11-ci “yüzlüy”ü son iki turda təxirə salınan Qurban Qurbanovun yetirmələri matçın 31-ci dəqiqəsində yubiley qoluna imza atıb.
Qarşılaşmada “Qarabağ”ın ilk qolunun müəllifi olan Riçard Almeyda ağdamlıların 1100-cü topuna imza atıb.