“Neftçi”ni üçüncü zonada sıxmağa çalışdıq. Bəzi epizodlarda alındı, bəzilərində yox”.
Offsideplus.az saytı xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib.
Bayıl təmsilçisi Topaz Premyer Liqasının XXI turunda səfərdə “Neftçi”nin qonağı olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Düşünürəm ki, ustalıq səviyyəmiz az olduğu üçün məğlub olduq. Ümumilikdə, komanda razı qaldım”.
- İlk dəqiqələrdə komanda müdafiədən çıxa bilmirdi. Komandanı oyatmaq üçün nə etmək lazımdı?
- Bilirdik ki, “Neftçi” ilk dəqiqələrdə qüvvəsini ortaya qoyacaq. Biz ilk dəqiqələrin gərginliyinə dözməli idik. Sonradan özümüzə gəldik, qol vəziyyətləri yaratdıq. Bugünkü gündə komandamdan narazı deyiləm. Oyunu təhlil edib, səhvlərimizə baxacağıq. Problemlər var, bunu yavaş-yavaş aradan qaldıracağıq.
- Kərim Diniyevi komandaya yeni cəlb olunanda mərkəz müdafiəçisi kimi oynatsaz da, bu gün dayaq yarımmüdafiəçisi mövqeyindən sınadınız.
- Bilirsiniz ki, bu mövqe Kərimə yad deyil. Ümumilikdə isə, Tamazinin oyunu bu gün xoşuma gəlmədi. Yersiz sarı vərəqə aldı, səhvlər etdi. Yəqin, Gürcüstan millisinə dəvət aldığı üçün “şişib”.
- Statienin adı “23-lük”də yox idi. Bunun səbəbi nə idi?
- Millidən qayıdıb, 15-20 saat yol gəlib. Ona istirahət verdik. Yəqin ki, sabah əvəzedici komandada oynayacaq. Bundan başqa, Statienin daim oynamasına söz verməmişik. “Qarabağ”la oyunda daha gənclərə şans verə bilərik.
- Gələn mövsüm komanda avrokuboklarda iştirak edə biləcək. İndidən bunun planınız cızmırsınız?
- Sözün düzü, indidən gələn ilin planlarını cızırıq. Rəhbərlik qarşımıza hansı məqsəd qoyacaqsa, ona çatmağa çalıçacağıq. (Futbol11.az)