"Mançester Yunayted"in əfsanəvi futbolçularından olan Roy Kin Azərbaycan millisini çalışdıra bilər.
Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, AFFA irlandiyalı mütəxəssisə təklif göndərib. Roy Kindən Millətlər Liqasında komandamıza rəhbərlik etmək və növbəti mərhələyə vəsiqə qazanmaq tələb olunub.
Hazırda tv-də futbol eksperti kimi çalışan Kin növbəti 48 saat ərzində qərarını verməlidir.
AFFA-ya yaxın mənbə Kinin milli assosiasiyanın əsas seçimi olduğunu bildirib.
Qeyd edək ki, Roy Kin son olaraq 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi kimi çalışıb.