Türkiyə Super Liqa təmsilçisi “Kayserispor”da forma geyinən Pedro Enrike mövsüm sonu komandasını dəyişə bilər.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu Braziliyanın “Koritiba” klubuna keçmək istəyir.
Pedro karyerasını vətənində davam etdirmək istəsə də, sözügedən komandanın direktoru Rodriqo Pastana hazırda heyətə oyunçu cəlb etməyi düşünmədiklərini açıqlayıb.
Qeyd edək ki, 2017/2018 mövsümündə müqavilə ilə Yunanıstan PAOK-una məxsus olan Pedro Enrike “Qarabağ”da icarə əsasında çıxış edib. Braziliyalı oyunçunun yenidən Ağdam təmsilçisində çıxış etmə ehtimalının olduğu deyilir.