Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Baniyas" klubu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə yollarını ayıracaq.

Offsideplus.az xəbər verir ki, Abu-Dabi təmsilçisi Braziliya əsilli yarımmüdafiəçi ilə iyunun 30-da başa çatacaq müqaviləni yeniləməyəcək.

Qeyd edək ki, qış fasiləsində "Qarabağ"dan "Baniyas"a keçən Almeyda BƏƏ klubu ilə 6 aylıq müqavilə imzalamışdı.