"Kayserispor"un üzvü Hasan Hüseyin Acar maraqlı açıqlama ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan milli komandasının təklifindən imtina etdiyini bildirib.
26 yaşlı futbolçu yığmamızda oynamaq üçün çox israr etdildiyini qeyd edib:
“Tək xəyalım milli komandada oynamaqdır. “Kayserispor”la liqada qala bilsək, bu xəyalıma da çata bilərəm. Yığmanın baş məşqçisi Şenol Günəş məşqçilərimdən məni soruşub, onlara performansımı bəyəndiyini deyib. Milli komandaya çağırılacağımı düşünürəm. Mövsümün əvvəlində Azərbaycan milli komandasından təklif aldım, ancaq bunu rədd etdim. Qəbul etsəm, vicdanım rahat olmazdı.Çox istədilər, ancaq mən bunu qəbul edə bilmədim”.