Çexiyanın "Viktoriya" və "Banik" klubları yoldaşlıq görüşündə qüvvələrini sınayıblar.
Offsideplus.az xəbər verir ki, qarşılaşma bol qollu keçsə də, qalib müəyyənləşməyib - 3:3.
Jijkov təmsilçisinin heyətində azərbaycanlı futbolçular - Fərid Nəbiyev və Samir Qurbanov da meydana çıxıblar. 2-ci Divizion təmsilçisi hər iki oyunçumuzu sınayıb.
Qeyd edək ki, Fərid start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Samir isə fasilədən sonra meydana buraxılıb.