"Neftçi"nin üzvü Papa Mamadou Mbodj futbola qayıda bilmək üçün fərdi məşqlərə başlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə seneqalla futbolçu şəxsi "İnstagram" hesabında canlı yayımda deyib.
O, çempionatdakı fasilə bitdikdən sonra yaşıl meydanalara qayıda biləcəyini qeyd edib:
"Fərdi məşqlərə başlamışam.Zədəmi sağaldıram və özümü yaxşı hiss edirəm. İnşallah ki, çempionat yenidən bərpa olunanda yaşıl meydanlara dönərək komandama kömək edəcəm".
Qeyd edək ki, Mamadou Mbodj Premyer Liqanın XX turunda "Sabah"la matçda zədə səbəbindən iştirak edə bilməmişdi.