“Beşiktaş”ın sabiq çalışdırıcısı Abdullah Avcı AFFA-nın təklifini geri çevirib.
Offsideplus.az “TRT Spor”a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis Elxan Məmmədovla görüşü zamanı milli komanda çalışdırmaq istəmədiyini bildirib. Bununla yanaşı, Avcı bir müddət istirahət etmək istədiyini söyləyib.
Qeyd edək ki, 56 yaşlı mütəxəssis mövsümə “Beşiktaş”da başlasa da, uğursuz çıxışa görə onunla yollar ayrılıb.