Futbol tarixinin ən erkən qollarından biri vurulub.
Offsideplus.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Liqa Kubokunda "Əl-Nəsr"in "Əl-Əhli"ni qəbul etdiyi matçda meydan sahiblərinin futbolçusu Alvaro Neqredo 6-cı saniyədə topu rəqib qapısından keçirib.
Oyun "Əl-Nəsr"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Alvara Neqredo İspaniyanın "Sevilya", "Real Madrid" və "Valensiya" kimi klublarında oynayıb.