"Qarabağ”la danışığımız oldu. Hər şeyi açıq-aşkar danışdıq. Mən də klubdan, Emrah Çəlikəldən cavab gözləyirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"la müqaviləsi başa çatan Riçard Almeyda "Futbolinfo.az" saytına açıqlamasında deyib.
Millimizin yarımmüdafiəçisi hələlik karyerasını harada davam etdirəcəyinin bəlli olmadığını bildirib: "Nə olacaqsa, olacaq. Qarşıdakı vaxtda bunu görəcəyik. Hazırda Braziliyada dincəlirəm. Mənim üçün həmişə ilk önəm verdiyim komanda “Qarabağ” olacaq. Əgər alınmayacaqsa, ayrılacağıq. Hara getsəm, baş məşqçi Qurban Qurbanova məlumat verəcəm”.
Almeyda “Neftçi”yə keçəcəyi ilə bağlı yayılan xəbəri isə təkzib edib: “Mən bunu bəyan edirəm ki, heç vaxt “Neftçi”də oynamayacağam. Çünki Azərbaycanda mənim üçün bir komanda var ki, o da “Qarabağ”dır. Bütün uğurlarım bu klubladır. Məşqçimizlə, komanda yoldaşlarımla keçmiş günlərimiz, uğurlarımız çox dəyərlidir. Azərbaycanda oynaya biləcəyim tək komanda "Qarabağ"dır".