AFFA İntizam Komitəsinin (İK) bu gün baş tutan iclasında növbəti 3 komandaya texniki məğlubiyyət cəzaları verilib.

Offsideplus.az-ın məlumatına görə, U-13 Liqasının “Keşlə” – “Sahil Futbol Akademiyası” matçında ikincilər təyin olunan vaxtda meydana çıxmayıbsa, U-13 Qızlar Liqasının “Kür” (Samux) – UGİM (Goranboy) görüşündə UGİM-in heyətində yetər say limiti pozulub. Bu üzdən hər iki komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – AZZERS oyununda isə AZZERS təyin olunan vaxtda meydanda olmadığından, 0:5 hesablı texniki məğlubiyyət cəzasına məruz qalıb.