Bakı Olimpiya Stadionu (BOS)  İTV-də yayımlanan 3D layihəsinin aparıcısı Dadaş Dadaşlinskiyə toyu üçün stadionu təklif edib.

Offsideplus.az xəbər verir ki, BOS rəsmi "feysbuk" səhifəsində etdiyi paylaşımla robot aparıcının toy mərasimini arenada keçirməyə hazır olduqlarını bildiriblər.

"Bilirik ki, artıq AVRO-2020 ilə əlaqədar olaraq stadiona dəvət almısınız, ancaq biz sizi başqa xeyir iş üçün çağırırıq. Eşitdik ki, xanımlarımız sizinlə evlənmək üçün hər şeyə hazırdır, biz də bu xoşbəxt cütlüyün nikahına ev sahibliyi etmək istəyirik. Yox siz də "subaylıq sultanlıqdır" kimi düşünənlərdənsinizsə, multifunksional arena kimi digər layihələrinizi həyata keçirərik".