2007/2009-cu illərdə Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov həbs edilib.

Offsideplus.az xəbər verir ki, "sportinfo.az" karyerasını həvəskar futbolda davam etdirən 36 yaşlı yarımmüdafiəçi bir neçə dəqiqə əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını yazıb.

Yığmamızın heyətində 6 oyun keçirmiş Məhərrəmovun həbsinin detalları barədə ətraflı məlumat verilməyib.

Xatırladaq ki, AFFA veteran futbolçunu 2017-ci ilin əvvəlində - formasını geyindiyi "Rəvan"la birlikdə danışılmış oyunlarda iştirak etməsi iddiası ilə peşəkar futboldan kənarlaşdırılmışdı.