Azərbaycan Premyer Liqasının XIII turu “Neftçi”nin futbolçusu Soni Mustivar üçün əlamətdar olub.
Offsideplus.az PFL-in saytına istinadən xəbər verir ki, haitili yarımmüdafiəçi Bakı klubunda 50-ci oyununu keçirib.
“Səbail”lə səfər görüşünə (0:0) qədər 49 dəfə ağ-qara forma geyinən legioner 3 qol vurub. 2018-ci ildən paytaxt təmsilçisinin şərəfini qoruyan Soni Premyer Liqada 39, Azərbaycan kubokunda 4, Avropa Liqasında 7 dəfə şans qazanıb.
O, qollarından ikisini çempionat, birini kubokda vurub.