“Rizespor”un ukraynalı futbolçusu Nikolay Morozyukun xanımı İrina Zlatan İbrahimoviçin “Matrixchallenge” adı ilə məşhurlaşan trendini təkrarlayıb.
Offsideplus.az xəbər verir ki, Türkiyə klubu ilə bu il müqavilə bağlayan futbolçunun həyat yoldaşı fləşmobu çəkərək sosial şəbəkədə belə bir paylaşım edib: “Hamı bilir ki, İbrahimoviç həyat yoldaşımdan sonra ən çox sevdiyim ikinci futbolçudur. Onun trendinə qoşulmaya bilməzdim”.