“Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar Haiti milli komandasının düşərgəsinə yollanmayacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb futbolçunun zədə almasıdır. Mustivar sağ budun orta 1/3-də birinci dərəcəli gərilmə diaqnozu ilə 7-8 gün müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.