Futbol üzrə Mərakeş yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Mərakeş Futbol Federasiyası bu posta Vahid Halilhodziçi gətirib.
. 67 yaşlı bosniyalı mütəxəssislə müqavilənin müddəti və detalları isə açıqlanmayıb.
Məşqçilik karyerası ərzində Fil Dişi Sahili, Əlcəzair və Yaponiya yığmalarını çalışdırmış Halilhodziç, geridə qalan mövsümdə Fransanın “Nant” klubuna rəhbərlik edib.Mərakeş yığmasını 2016-cı ildən fransalı Herve Renar çalışdırırdı. O, bu komandanın Afrika Millətlər Kubokunda mübarizəni 1/8 finalda dayandırması səbəbindən ötən ay istefa vermişdi.