AFFA-nın seleksiya işləri üzrə baş əlaqələndiricisi Riad Rəfiyev «Sumqayıt»ın prezidenti təyin oluna bilər.
Offsideplus.az xəbər verir ki, qurum rəhbərliyi miillidəki son dəyişiklər səbəbindən Rəfiyevin burda bir perspektivini görmür və Kamran Quliyevdən boşalan vəzifəyə təyin etmək istəyir.
Konkretləşdirsək, bu fikir baş katib Elxan Məmmədova məxsusdu. Ancaq o, bu məsələdə təkbaşına. Daha doğrusu, özbaşına qərar vermək niyyətində deyil. Məmmədov seçimi Rövnəq Abdullayevlə məsləhətləşib, yoluna qoymaq fikrindədi.
Ya bu gün, ya da sabah «Sumqayıt» yeni prezidentini tanımalıdı. Baş menecer Ceyhun Sultanovun burda qalmayacağı dəqiqdi, vitse-prezident Vaqif Ömərovun isə 67 yaşı var.
Təyinatın kənardan ediləcəyi birmənalıdı.Çünki «Azərikimya»nın sədri Muxtar Babayev bugünədək hər hansı nammzədini irəli sürməyib.
Son anadək güman olunurdu ki, Zaur Hacı-Məhərrəmov gətiriləcək. AFFA-nın texniki direktoru Bernard Lippertin keçmiş müavini reputasiyası ilə bağlı fikirlər birmənalı deyil, ona görə federasiya rəhbərliyi Zaur bəyi qardaşının inzibatçı işlədiyi kluba prezident göndərməyə tərəddüd edir.
Mənbə: Sportinfo.az