Məşhur italiyalı məşqçi Fabio Kapello birgə çalışdığı ən yaxşı futbolçulardan ibarət simvolik komandasını açıqlayıb.
Offsideplus.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis “11-liy”ə bu futbolçuları daxil edib: Canluici Buffon, Kafu, Paolo Maldini, Franko Barezi, Roberto Karlos, Fernando Redondo, Rud Qullit, Deyan Saviçeviç, Raul Qonsales, Marko van Basten, Ronaldo.
Kapello Françesko Tottini də ən yaxşılardan biri hesab etdiyini vurğulayıb.
Qeyd edək ki, 1987-2018-ci illər arasında baş məşqçi kimi fəaliyyət göstərən F.Kapello bu müddətdə İtaliyanın “Milan”, “Roma”, “Yuventus”, İspaniyanın “Real Madrid”, Çinin “Tszyansu Sunin” klublarında, eləcə də İngiltərə və Rusiya yığmalarında çalışıb. O, İtaliya və İspaniya çempionu olmaqla bərabər, Çempionlar Liqasını da qazanıb.