Bir neçə həftə əvvəl yayımlanan Maykl Ceksondan bəhs edən "Leaving Neverland" adlı sənədli filmlə bağlı müzakirələr davam edir.
Sənədli filmdə keçmiş pop ulduzun Kaliforniyadakı "Neverland" adlı bağ evində qalan Vade Robson və Ceyms Safeçuk adlı uşaqları cinsi istismara məruz qoyduğu iddia olunur.
Bildirilir ki, uşaqlar Ceksonun malikanəsində onunla eyni otaqda qalırlarmış. Keçmiş pop ulduz onları illərlə cinsi istismara məruz qoyub.
Qurbanların Cekson tərəfindən evin gizli bölmələrində təcavüzə uğradıqlarını etiraf etmələri dünyada şok effektinə səbəb olub. Bundan sonra bir çox radio onun mahnılarını yayımlamaqdan imtina edib.
Bəzi Cekson fanatları onun öldüyü üçün ittihamlara cavab verə bilməyəcəyinə etiraz etmiş, bir çoxları isə pop ulduzun sağlığından da bu tip ittihamların olduğunu və cavab vermədiyini bildirib.
Ceksonun yaxın dostu olmuş boksçu Mayk Tayson da müzakirələrə qoşulub.
Tayson qatıldığı bir radio proqramında "Mənim də 8 yaşında uşağım var. Övladımın Makyl Ceksonla vaxt keçirməsinə və onun evinə getməsinə əsla icazə verməzdim. Çünki Mayklı çox sevirəm. Nə demək istədiyimi anladınız?" deyərək təcavüz iddialarını dolayısıyla təsdiq edib.
"Neverland"da uşaqlarını Ceksonla yalnız qoyan valideynlərə etiraz edib: "Bir az məsuliyyətli olmalı idilər. Bu iddiaları düşünmək belə qorxuncdur".
O, həmçinin təcavüz açıqlamaları verənləri gec danışmaqda günahlandırıb: "Daza tez danışmalı idilər. İndi etdikləri üçün insanların onların pul istədiyini düşünməsinə səbəb olurlar".
Mayk Tayson özünün 1991-ci ildə 18 yaşlı bir qıza təcavüz etməsinin xatırladılmasına cavab olaraq belə deyib: "Başqalarının da uşaqlarını məndən uzaq tutmaq istəməsini anlayıram. Axmaqlıqdır, amma anlayıram və hörmət edirəm".
Fanat.Az