“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov milli komandanın 2 üzvünü əvəzedici heyətə göndərib.
Offsideplus.az xəbər verir ki, klubun əsas heyətinə düşməkdə çətinlik çəkən Ağabala Ramazanov və Ramil Şeydayev ötən əvəzedici heyətlərin yarışında “Qəbələ”yə qarşı oynayıblar.
Onların növbəti turda əsas heyətə qayıdıb qayıtmayacaqlarına baş məşqçi Qurban Qurbanov qərar verəcək.