Seneqal Futbo Federasiyası milli komandanın baş məşqçisi Aliu Sisse ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az qurumun saytına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssislə olan yeni sözləşmə 2021-ci ilin sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Aliu Sisse 2015-ci ildən Seneqal yığmasına rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 2018-ci il Rusiyada keçirilmiş dünya çempionatında iştirak edib. DÇ-2018-in qrup mərhələsində Yaponiya ilə xalları və digər göstəriciləri bərabər olan komanda sarı vərəqələrin çoxluğuna görə mübarizəni dayandırıb.