Dortmund "Borussiya"sının baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının 3-cü turunda "Sabah" üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, komandasının hücumda aqressiv oynadığını və bir çox qol imkanları yaratdığını bildirib.
"Cinah oyunçularımızı və müdafiəçilərimizi yaxşı şəkildə oyuna qoşduq, cərimə meydanına çoxlu futbolçumuz daxil olurdu. Oyunumuzdan razıyam – eyni tempdə davam edə bilərik", – deyə baş məşqçi vurğulayıb.


