Azərbaycanın iki klubuna UEFA tərəfindən vəsait ayrılıb.
Offsideplus.az xəbər verir ki, “Zirə” və “Qəbələ”nin büdcəsi daxil olan vəsait hesabına zənginləşib.
Bu, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən gerçəkləşib. Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş “Zirə” 25 min 10 avro, “Qəbələ” 26 min 140 avro qazanıb.
Klublara ayrılmış müvafiq vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.