Niderlandlı hücumçu Coşua Zirkze yay transfer pəncərəsində "Mançester Yunayted"i tərk etməyəcək.

Offsideplus.az xəbər verir ki, "Everton" 25 yaşlı futbolçu üçün "Mançester Yunayted"ə rəsmi təklif göndərib. Bundan əlavə, "Yuventus" da Zirkzeni heyətinə qatmağa çalışıb. Lakin klub rəhbərliyi hücum xəttinin zəifləyəcəyindən ehtiyat edərək oyunçunu komandada saxlamaq qərarına gəlib.

Məlumata görə, "Everton" transferin baş tutacağına ümid etsə də, "Mançester Yunayted" bu keçidi bloklayıb. Zirkze ötən mövsüm Premyer Liqada 24 oyunda 2 qol və 1 assistlə yadda qalıb. Cari mövsümdə isə hələ meydanda görünməyib.