Bavariya Münhen-in qapıçısı Manuel Noyer komandasının Çempionlar Liqasındakı rəqibləri barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Noyer püşkatmanın nəticələrini belə şərh edib: "Rəqiblərimiz çox balanslı və maraqlı komandalar, zəngin ənənələri var. Ümumi götürsək, əsas məqsədimiz yenidən ən güclü səkkizliyə düşməkdir. Arsenal ilə son illərdəki qarşılaşmalar artıq bir növ klassikaya çevrilib. Atletiko ilə isə finalın keçiriləcəyi stadionda görüşəcəyik və hamımız ümid edirik ki, bu mövsüm orada iki dəfə oynamaq şansımız olacaq. Bavariya Münhen ilə Mançester Yunayted arasındakı duel isə, şübhəsiz, Çempionlar Liqasının əsl klassikasıdır və səfərdə oynamaq xüsusi hissdir. Həmçinin, ötən mövsüm sürpriz edən Bude-Qlimt-i, eləcə də Lill, Slaviya Praqa, Betis və Viking-i də qiymətləndiririk. Qarşıda bizi maraqlı sınaqlar gözləyir".