Emiliano Martines karyerasını "Çelsi"də davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, London klubu 33 yaşlı qapıçının transferi üçün "Aston Villa" ilə şifahi razılıq əldə edib. Razılaşmanın məbləği 7,5 milyon funt təşkil edəcək. Futbolçunun iki illik müqavilə imzalayacağı və əlavə bir il uzadılma imkanı olacağı bildirilir.

Ötən mövsüm Premyer Liqada argentinalı qapıçı 32 oyunda meydana çıxıb və 39 qol buraxıb.