"Mançester Siti" "Barselona"nın Rodrinin transferi ilə bağlı yeni təklifini qəbul etməyib.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu 30 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro və əlavə 6 milyon avro bonus təklif edib. İngiltərə təmsilçisi bu şərtlərlə oyunçunu buraxmaqdan imtina edib.

"Mançester Siti" "Barselona"ya bildirib ki, yarımmüdafiəçini transfer etmək üçün 82 milyon avro təklif olunmalıdır.