Matvey Safonovun həyat yoldaşı Paris klubunun Superkubokdakı uğurunu xüsusi qeyd edib.

Offsideplus.az xəbər verir ki, Rusiya millisinin 27 yaşlı qapıçısı PSJ-nin heyətində "Aston Villa"ya qarşı keçirilən görüşdə bütün oyunu meydanda keçirib və Paris təmsilçisində 9-cu kubokunu qazanıb.

Marina Kondratyuk sosial şəbəkədə paylaşımında "Qoy Matveyin həyatında kuboklar ard-arda gəlsin və bu, mümkün qədər uzun sürsün. Qələbən mübarək" sözlərini yazıb.

O, həmçinin "Red Bull Arena"nın tribunasında oyundan öncə çəkilmiş fotosunu da yayımlayıb.