PSJ-nin cinah oyunçusu Dezire Düe Avropa Superkubokunda həm qol vurmaq, həm də assist etmək nailiyyətini təkrarlayıb.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı fransalı futbolçu "Aston Villa"ya qarşı keçirilən görüşdə (2:1) bir qol vurub və bir məhsuldar ötürmə edib. Bununla da o, son 20 ildə bu uğura imza atan beşinci futbolçu olub.

2008-ci ildə bu göstəriciyə "Zenit"in hücumçusu Pavel Poqrebnyak, 2010-cu ildə Serxio Aquero ("Atletiko"), 2011-ci ildə Lionel Messi ("Barselona"), 2015-ci ildə isə Luis Suares ("Barselona") nail olub.