PSJ-in baş məşqçisi Luis Enrike Avropa kuboklarının sayında üçüncü pilləyə yüksəlib.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi Avropa Superkubokunda "Aston Villa"nı 2:1 hesabı ilə məğlub edib. Bu qələbə ilə Enrike üçüncü dəfə bu titulu qazanıb. O, həmçinin üç dəfə Çempionlar Liqasının qalibi olub. Bütün bu titulları o, "Pari Sen-Jermen" və "Barselona" ilə əldə edib.
56 yaşlı ispaniyalı altıncı Avropa kubokunu qazanmaqla "Aberdin" və "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Fergyuson və "Yuventus", "İnter"in keçmiş çalışdırıcısı Covanni Trapattoniyə çatıb.
Luis Enrikeni Avropa kuboklarının sayında yalnız Pep Qvardiola ("Barselona", "Bavariya Münhen", "Mançester Siti" – 7 kubok) və Karlo Ançelotti ("Milan", "Real Madrid" – 10 kubok) qabaqlayır.
Qeyd edək ki, Enrike indiyədək iştirak etdiyi altı Avropa finalının hamısında qalib gəlib və altı titul qazanıb. O, bu göstəricidə Zinəddin Zidanı (beş final, beş qələbə) geridə qoyub.


