Argentina Futbol Assosiasiyası Lionel Messinin atası Xorxe Messinin vəfatı ilə bağlı başsağlığı verib.

Offsideplus.az xəbər verir ki, Xorxe Messinin xatirəsinə Argentina futbolunun bütün liqalarında qarşıdakı oyunlar bir dəqiqəlik sükutla başlayacaq. Hakimlər, futbolçular və məşqçilər qara sarğı taxacaq.

Həmçinin, 14 avqusta qədər Argentina Futbol Assosiasiyasına məxsus obyektlərdə dövlət bayraqları yarıya endiriləcək.