Keçmiş "Çelsi" hücumçusu Toni Kaskarino "Arsenal"a "Brayton"un yapon futbolçusu Kaoru Mitomanı transfer etməyi tövsiyə edib.

Offsideplus.az xəbər verir ki, Kaskarino bu fikri Vinisius Juniorun "Real Madrid"lə müqaviləni uzatmasından sonra səsləndirib.

"Əgər o, bir az gənc olsaydı və bu qədər zədə almasa idi, ona ciddi şəkildə baxardım. Fikrimcə, Mitoma "Brayton"da ən yaxşı dönəmində olduqca təsirli idi. O, uğursuz mövsüm keçirdi, bir neçə zədə aldı. "Brayton"un heyətində liqada üç qol vurdu. Amma o, təhlükəli cinah oyunçusudur – daim rəqibləri keçməyə çalışır. "Arsenal"da bu mövqedə alternativlər var, amma yenə də mən onu transfer edərdim. Reşford məsələsinə gəlincə, bu, çətin sualdır. Bəzən düşünürsən ki, o, böyük klubda parlayar. Ən yaxşı vaxtlarında rəqiblərə ciddi problem yarada bilər. Amma hamı bir fikirdədir – heç kim ona tam əmin deyil. Danışdığım hər kəs Markusun istənilən klubda oynaya biləcəyinə, "Mançester Yunayted"də qalacağına inanmır. Mən də bilmirəm", – deyə Kaskarino bildirib.