"Fənərbağça" klubu ikinci transferini etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Vedat Muriçlə razılığa gələn "sarı-lacıvərdlilər" onun ardından Seru Qirassi ilə də razılıq əldə edib.

Bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.

"Fənərbağça" Qirassi üçün Dortmund "Borussiya"sına 35 milyon avro ödəyəcək.

Qvineyalı hücumçu illik 10 milyon avro qazanacaq. Müqavilənin müddəti isə 3 illik olacaq.