Lionel Messi və "Inter Mayami" komandası, MLS kubokunu qazandıqları üçün "Ağ Ev"də təşkil olunan mərasimdə prezident Donald Tramp tərəfindən qəbul edilib.
Offsideplus.az xəbər verir ki, bu, MLS çempionunun Trampın prezidentliyi dövründə Ağ Evə ilk ziyarəti olub.
Messi prezidentə brilyantlarla bəzədilmiş çəhrayı futbol topu hədiyyə edib.
Tramp argentinalının Mayamini seçməsini yüksək qiymətləndirib və onun idman istedadını vurğulayıb.
Mərasim zamanı idman mövzusu ilə yanaşı, İranla münaqişə və digər beynəlxalq məsələlərə də toxunulub.
Söhbət həmçinin bu yay keçiriləcək Dünya Çempionatına və orada iştirakı şübhə altında olan İran yığmasına gəlib.
"Inter Mayami" şənbə günü "DiSi Yunayted" ilə oyun olduğu üçün Vaşinqtonda qalmağa davam edəcək.


