“Selta Viqo” klubu məşhur pop ulduzu Madonnadan xüsusi bir forma ilə bağlı kömək istəyib.
Offsideplus.az xəbər verir ki, klubun açıqlamasına görə, Madonna 1990-cı ildə Vigo şəhərində keçirilən konsertində “Selta Viqo”nun formasını geyinmişdi. Həmin konsert şəhərdə təşkil olunan ilk böyük musiqi tədbirlərindən biri kimi tarixə düşüb.
Klub bildirir ki, illərdir həmin formanı özəl şəkildə axtarır, lakin aparılan araşdırmalar nəticə verməyib.
“Selta Viqo”nun prezidenti Marián Mouriño isə Madonnaya açıq məktub ünvanlayaraq ondan bu formanı tapmaqda kömək istəyib və bu geyimin klub üçün niyə xüsusi əhəmiyyət daşıdığını izah edib.


