"Real Madrid" yay transfer dövründə Rodri transferini rəsmiləşdirə bilər.
Offsideplus.az xəbər verir ki, futbolçu özü də bu transferə müsbət yanaşır.
Əgər bu transfer baş tutarsa, klubun 2 ulduzu klubdan ayrıla bilər.
Vinisius Juniorun “Real Madrid” rəhbərliyinə xəbərdarlıq etdiyi bildirilib. Məlumata görə, klub Rodrini “Mançester Siti”dən transfer edərsə, braziliyalı ulduz komandadan ayrıla bilər.
Bildirilir ki, bu gərginliyin səbəbi Rodrinin 2024-cü ildə Ballon d'Or mükafatını qazanması və bunun ətrafında yaranan müzakirələrdir.
Məlumatlarda, həmçinin, qeyd olunur ki, Eduardo Kamavinga da bu məsələdə Vinisius Juniorla eyni mövqeni bölüşür və mümkün transferə qarşıdır.



