İngiltərə İkinci liqası olan "Çempionship"də 2026/27 mövsümündən etibarən pley-off sistemi genişləndiriləcək. 

Offsideplus.az xəbər verir ki, yeni qaydaya əsasən, pley-offlarda iştirak edən komandaların sayı 4-dən 6-ya yüksələcək.

Yeni pley-off formatı

  • 5-ci yer – 8-ci yerlə qarşılaşacaq
  • 6-cı yer – 7-ci yerlə qarşılaşacaq
  • Bu oyunların qalibləri daha sonra liqanı 3-cü və 4-cü pillədə bitirən komandalarla qarşılaşacaqlar.

Yarımfinal

  • 3-cü yer - (6/7 cütünün qalibi)
  • 4-cü yer - (5/8 cütünün qalibi)

Yarımfinal mərhələsi iki oyundan ibarət olacaq.

Final

Yarımfinalın qalibləri Pley-Off finalında qarşılaşacaq və qalib komanda Premyer Liqaya yüksələcək.