"Çelsi” yay transfer pəncərəsində Vitor Rokeni transfer etmək üçün böyük təklif hazırlayır. 

Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu hazırda “Palmeyras”ın futbolçusudur. O, daha əvvəl “Barselona”dan 25,5 milyon avro və əlavə 5 milyon avro bonus qarşılığında Braziliya klubuna satılmışdı.

Razılaşmaya əsasən, “Barselona” futbolçunun gələcək satışından 20 faiz pay saxlayıb. Bu səbəbdən mümkün transfer baş tutarsa, kataloniyalılar da maliyyə baxımından qazanc əldə edəcək.