"Bu gün yaxşı basketbol göstərə bilməsək də, inamlı mübarizə apardıq".

Offsideplus.az xəbər verir ki, bunu "Ordu" ilə matçdan sonra "Sərhədçi"nin baş məşqçisi Anar Sarıyev deyib.

O, matçla bağlı bunları da söyləyib:

"Sona qədər oyundan qopmadıq. Müdafiədə vacib ribaundları götürdük. Hücumda səbətin altında toplara çox dəyə bilmədik.

“Ordu” birinci yerdədir, lider komandadır, pley-off-a vəsiqəni təmin ediblər. Bu səbəbdən onlar üçün vacib oyun deyildi. Bizə qələbə daha çox lazım idi. Onlar da tam istəkli deyildilər, biz isə yaxşı oynamasaq da, mübariz idik. Matçdan qopmamağımız qələbəni gətirdi”.

Qeyd edək ki, "Sərhədçi" Azərbaycan Basketbol Liqasının XVIII turunda "Ordu"nu 70:67 hesabı ilə məğlub edib.