“Bütün zamanların ən böyük idmançıları” siyahısı ictimaiyyətə təqdim olunub və böyük müzakirələrə səbəb olub.

Offsideplus.az xəbər verir ki, müxtəlif idman növlərini əhatə edən TOP 50-də basketbol, futbol, boks, atletika, tennis, Amerika futbolu və digər sahələrin əfsanələri yer alıb.

Reytinqə basketbol əfsanəsi Maykl Cordan başçılıq edir. İlk üçlükdə həmçinin boksun simvolu Məhəmməd Əli və sprint kralı Useyn Bolt qərarlaşıb.

TOP 50 siyahısı:

  1. Maykl Cordan
  2. Məhəmməd Əli
  3. Useyn Bolt
  4. Ueyn Qretski
  5. Maykl Felps
  6. Beyb Rut
  7. Bo Cekson
  8. Cim Torp
  9. Pele
  10. Rocer Federer
  11. Lionel Messi
  12. Lebron Ceyms
  13. Co Montana
  14. Tayger Vuds
  15. Brus Li
  16. Tom Bredi
  17. Donald Bredman
  18. Kristiano Ronaldo
  19. Cessi Ouens
  20. Cim Braun
  21. Bobbi Orr
  22. Uilt Çemberlen
  23. Qordi Hou
  24. Kobi Brayant
  25. Zinəddin Zidan
  26. Mecik Conson
  27. Karl Lüis
  28. Peyton Menninq
  29. Ceki Robinson
  30. Deyli Tompson
  31. Derek Citer
  32. Maykl Conson
  33. Mayk Tayson
  34. Cerri Rays
  35. Hayle Gebrselassi
  36. Maykl Vik
  37. Con Sina
  38. Kərim Əbdül-Cabbar
  39. Alfredo Di Stefano
  40. Brett Favr
  41. Ronaldo
  42. Serena Uilyams
  43. Dueyn Conson
  44. Simon Baylz
  45. Dru Briz
  46. Larri Bird
  47. Yohan Kroyf
  48. Toni Hok
  49. Sergey Bubka
  50. Co DiMaccio

Siyahı xüsusilə futbol və basketbol ulduzlarının mövqeyi baxımından sosial mediada geniş müzakirələrə səbəb olub. Azarkeşlər bəzi adların daha yüksək pillədə olmalı olduğunu düşünürlər.