Albaniya çempionatında 26-cı turun qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu turda iki azərbaycanlı futbolçunun çıxış etdiyi komandalar üz-üzə gəlib.
Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" Zamiq Əliyevli "Eqnatiya"nı qəbul edib.
Görüş Vüsalın komandasının qələbəsi ilə başa çatıb - 2:0.
Z. Əliyev matçın əvvəlindən sonuna qədər meydanda olub.
Vüsal isə 88-ci dəqiqədə əvəzlənib.
"Eqnatiya" 46 xalla turnir cədvəlində 3-cü yerdədir. 39 xala malik olan "Partizani" isə 5-ci yerin sahibidir.



