Braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo üçün ABŞ MLS təmsilçisi “Los Anceles Qalaksi” rəsmi transfer təklifi göndərib.
Offsideplus.az xəbər verir ki, klub Koutinyo transferini həyata keçirmək üçün ciddi şəkildə çalışır və qeydiyyatı tamamlayaraq heyətinə qatmaq imkanına malikdir.
Qeyd edək ki, digər böyük liqalarda transfer pəncərələri artıq bağlandığı üçün MLS klubu bu baxımdan üstün mövqedədir. Məlumata görə, Koutinyo ABŞ-yə transfer variantını ciddi şəkildə nəzərdən keçirir və karyerasının növbəti mərhələsini orada davam etdirməyə müsbət yanaşır.
Eyni zamanda, Koutinyo “Vasko da Qama” klubundan müqaviləsinin ləğv edilməsini tələb edib. Bu addım klub rəhbərliyində təəccüb yaradıb. “Vasko”nun idarə heyətinin yaxın zamanda futbolçu ilə görüşərək vəziyyəti müzakirə edəcəyi bildirilir.


